Ruhi xəstə 11 yaşlı oğlanı bıçaqladı 

10:37 21.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan şəxs 11 yaşlı oğlanı bıçaqlayıb.

 

Hafta.az-ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü S.Həsənovla 2012-ci il təvəllüdlü Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması səbəbi ilə bağlı aralarında mübahisə yaranıb. Nəticədə o, 11 yaşlı oğlanın qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq bədən xəsarət yetirib.

 

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.